Tramp: "ABŞ Ukraynanı dəstəksiz qoymayacaq"

2024/11/1731163385.jpg
Oxunub: 463     18:30     12 Dekabr 2024    
ABŞ Ukraynanı dəstəksiz qoymayacaq, bu, sülh nizamlanmasına nail olmaq üçün zəruridir.

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində bəyan edib.

"Razılaşmaya nail olmağın yeganə yolu Ukraynanı dəstəksiz buraxmamaqdan keçir", - o bildirib.

Tramp əlavə edib ki, baş verənlərlə razı deyil.

"Bu hal (Ukraynadakı müharibə-red.) ümumiyyətlə baş verməməli idi", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin