Dövlət Xidməti Heydər Əliyevin xatirəsini yad edib - FOTOLAR

2024/12/55102-1734003541.jpg
Oxunub: 502     15:15     12 Dekabr 2024    
Dövlət Xidməti Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etdi.

Ordu.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, rəhbər heyət, Aparatın və Bakı qarnizonunda yerləşən struktur bölmələrin hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Dövlət-Xidməti   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin