Qara dəniz üzərdində Ukrayna PUA-ları vurulub, Soçi aeroportunda uçuşlar dayandırılıb

2024/11/1732264433.jpg
Oxunub: 530     22:38     11 Dekabr 2024    
Qara dəniz üzərində iki pilotsuz uçuş aparatı məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev bildirib.

Onun sözlərinə görə, şəhərdə hava hücumu xəbərdarlığı elan edilib.

“PUA-ların dəniz üzərində və yüksək hündürlükdə vurulmasına baxmayaraq, sizdən sakit olmağınızı və təhlükəsiz yerlərdə qalmağınızı xahiş edirəm”, - qubernator əhaliyə müraciət edib.

Uçuşların təhlükəsizliyini təmin etmək üçün Soçi hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Soçi hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   PUA  


Bizi "telegram"da izləyin