Polşa Rusiya və Belarusla sərhədlərini qorumaq üçün Aİ-dən 52 milyon avro alacaq

2024/11/1732940835.jpg
Oxunub: 393     23:14     11 Dekabr 2024    
Avropa İttifaqı Polşaya Rusiya və Belarusla sərhədlərini qorumaq üçün 52 milyon avro ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə Polşa Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, vəsait elektron müşahidə avadanlığının modernləşdirilməsinə, telekommunikasiya şəbəkələrinin keyfiyyətinin yaxşılaşdırılmasına və dronların aşkarlanması üçün avadanlıqların alınmasına yönəldiləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Rusiya   Belarus  


Bizi "telegram"da izləyin