BAEA Kiyevin tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək

2023/09/fdg45-1695920595.jpg
Oxunub: 430     21:26     11 Dekabr 2024    
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası Ukraynanın tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov teleqram kanalında bildirib.

“Sabah BAEA-nın Rəhbərlər Şurası Ukraynanın tələbi ilə atom elektrik stansiyalarının təhlükəsizliyi üçün vacib olan qeyri-sabit enerji infrastrukturunun nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək”, - diplomat deyib.

Onun sözlərinə görə, bu iki mövzunun bir-biri ilə əlaqələndirilməsi heç bir əsasa söykənmir və BAEA-nın səlahiyyətləri çərçivəsindən kənara çıxır.

BAEA-nın daimi missiyaları 2023-cü ildən Ukraynanın bütün atom elektrik stansiyalarında işə başlayıb. Agentliyin rəhbəri Rafael Qrossi bildirib ki, təşkilatın müfəttişləri Ukraynanın atom elektrik stansiyalarını kənardan təchiz edən elektrik yarımstansiyalarının vəziyyətinə nəzarət edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAEA   Ukrayna  


Bizi "telegram"da izləyin