Netanyahu HHQ-nin Suriyadakı hərbi hədəflərə zərbə endirməsini təsdiqləyib

2024/10/1727844342.jpg
Oxunub: 539     21:30     10 Dekabr 2024    
İsrailin baş naziri Benyamin Netanyahu, İsrail ordusunun Suriyada Bəşər Əsəd ordusu tərəfindən tərk edilmiş strateji hərbi obyektlərə cihadçıların əlinə keçməsinin qarşısını almaq üçün hava zərbələri endirməsini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu haqda baş nazirin ofisi məlumat yayıb.

“Biz Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyilik, lakin təbii ki, təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi etmək niyyətindəyik. Suriya ordusu cihadçıların əlinə keçməsin”, - deyə Netanyahu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   HHQ   Suriya  


Bizi "telegram"da izləyin