Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, “Qərb Ermənistana yalnız Rusiya ilə mübarizə aləti kimi yanaşır və Moskva ilə İrəvan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün siyasi qüvvələrin siyasi səhnədən uzaqlaşdırılmasında maraqlıdır”.
“Onilliklər ərzində formalaşmış əlaqələrin qırılmasının sıravi vətəndaşlar üçün yaradacağı qaçılmaz ağır nəticələr Avropa İttifaqını qətiyyən maraqlandırmır”, - deyə Medvedev vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az