Ordu.az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" araşdırmasının yekununa istinadən məlumat verib.
Nəşrin məlumatına görə, ümumi zərərin 2,2 milyard dollarla 5,1 milyard dollar arasında olduğu təxmin edilir.
Qeyd olunur ki, İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki hərbi dəniz dəstək bazasında (Naval Support Activity Bahrain) ciddi dağıntılar qeydə alınıb. WSJ peyk görüntülərinin məlumatlarına istinad edərək, bu bazaya birbaşa zərbələr vurulduğunu, nəticədə komanda qərargahına, azı on digər binaya və peyk rabitə terminallarına ziyan dəydiyini iddia edib. Yalnız bir bazanın bərpası təxminən 400 milyon dollara başa gələcək.
Vaşinqton həmçinin bazaların müasir dəqiq idarə olunan silahlara qarşı həssaslığını nəzərə alaraq ABŞ-nin bölgədəki hərbi mövcudluğunu nəzərdən keçirir. Mümkün strateji düzəlişin bir hissəsi olaraq, qüvvələrin yenidən bölüşdürülməsi və bir neçə Fars körfəzi ölkəsində mövcudluğun qismən azaldılması müzakirə olunur. Xüsusilə, Bəhreyndəki bazanın yenidən təşkili, ABŞ-nin Küveyt və Səudiyyə Ərəbistanındakı iştirakının azaldılması, bəzi bazaların İranın raket və pilotsuz təyyarə hücumlarına daha az həssas olacağı qərbə köçürülməsi nəzərdən keçirilir.
Bu səbəbdən dağıdılmış obyektlər ümumiyyətlə yenidən bərpa edilməyə bilər. Nəşrin mənbələri hələlik yekun qərarların verilmədiyini vurğulayır, lakin iki mənbə İsrailin hazırda qüvvələrin yerləşdirilməsi üçün yeni yer kimi nəzərdən keçirildiyini bildirib.
Mayda Pentaqon ABŞ-nin İrana qarşı müharibə xərclərini 29 milyard dollar qiymətləndirib, lakin Pentaqonun Maliyyə İdarəsinin rəhbəri Cey Herst Konqresdə bildirib ki, bu rəqəmə bazaların bərpası xərcləri daxil deyil.
ABŞ və İran arasındakı kövrək atəşkəs 27 iyunda iki tərəf Fars körfəzində hücumlar etməyə başladıqdan sonra pozulub. Amerika hərbçisinin sözlərinə görə, ABŞ İranın rabitə və hava hücumundan müdafiə obyektlərini, pilotsuz təyyarələrin və minalama avadanlıqlarının saxlama yerlərini hədəf seçib. Hücuma Hörmüz boğazında neft tankerinə səbəb olub.
Ordu.az