Serbiya Ordusu yeni vasitələrini təqdim edib

2026/06/1782639288.jpg
Oxunub: 241     13:17     28 İyun 2026    
Batajnitsadakı "Polkovnik-pilot Milenko Pavloviç" hərbi aerodromunda Serbiya Ordusunun yeni, modernləşdirilmiş vasitə və sistemlərinin təqdimatı keçirilib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Serbiya Prezidenti Aleksandar Vuçiç iştirak edib.

A.Vuçiçi müdafiə naziri Bratislav Qaşiç və Serbiya Ordusunun Baş Qərargah rəisi, general Milan Moysiloviç qarşılayıblar.

Təqdimat çərçivəsində Serbiyanın müdafiə sənayesində hazırlanmış yeni vasitələr, eləcə də ölkənin müasir silah və hərbi texnikası nümayiş etdirilib. Bunların arasında döyüş sursatları ilə təchiz olunmuş MiQ-29 və "Orao" təyyarələri, H145 helikopterləri, müxtəlif pilotsuz uçuş aparatları, raket buraxılış qurğuları və atıcı silahlar yer alır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Ordu  


Bizi "telegram"da izləyin