Livan Prezidenti Trampa bildirib ki, Beyrut İsraillə razılaşmanın icrasına görə məsuliyyəti öz üzərinə götürəcək

2026/06/1781705998.jpg
Oxunub: 231     13:20     28 İyun 2026    
Livan Prezidenti Cozef Aun ABŞ Prezidenti Donald Trampla telefon danışığında Livan dövlətinin İsraillə əldə olunan son razılaşmanın icrasına görə məsuliyyəti üzərinə götürəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi Aunun ofisinin yaydığı bəyanata istinadən məlumat yayıb.

“Prezident Aun bildirib ki, Livan dövləti çərçivə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və ümid etdiyini ifadə edib ki, ABŞ sazişin pozulmasının qarşısını almağa kömək edəcək, bütün öhdəliklərin icrasını təmin edəcək, xüsusilə də İsrailə təzyiq göstərərək onu Livanın cənubunda işğal etdiyi ərazilərdən çıxmağa məcbur edəcək. Bu isə Livan ordusunun beynəlxalq sərhədə qədər yerləşdirilməsini asanlaşdıracaq”, - deyə Livan Prezidentinin ofisinin bəyanatında bildirilib.

Telefon danışığının sonunda Tramp yaxın vaxtlarda Vaşinqtonda Aunla görüşməyi səbirsizliklə gözlədiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail   ABŞ  


Bizi "telegram"da izləyin