Blinken ukraynalı həmkarı ilə Kiyevə silah tədarükünü müzakirə edib

2024/11/1732941216.jpg
Oxunub: 352     01:13     30 Noyabr 2024    
ABŞ-nin dövlət katibi Antoni Blinken və Ukraynın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

Blinken qeyd edib ki, Vaşinqtonun Kiyevə yardımı davam edəcək. Onun sözlərinə görə, bu, qış fəsli başlamazdan əvvəl xüsusilə vacibdir.

Dövlət katibi, həmçinin Amerika hakimiyyətinin Ukraynada suverenlik və demokratiyanı dəstəkləmək, habelə BMT Nizamnaməsinin prinsipləri əsasında münaqişə zonasında sülhün bərqərar olması öhdəliyini xatırladıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Kİyev   Silah  


Bizi "telegram"da izləyin