Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Həmin məlumatlar belədir:
“Hərbi Hava Qüvvələri Komandanlığımızın ehtiyaclarına uyğun olaraq, milli təyyarəmiz “Kaan” xidmətə daxil olana qədər qabaqcıl texnologiya ilə təchiz edilmiş müasir döyüş təyyarələrinin inventara əlavə edilməsi və inventarın şaxələndirilməsi istiqamətində səylərimizi davam etdiririk.
Bu kontekstdə 40 ədəd F-16 “Blok 70”in və xüsusi sursatların tədarükü çərçivəsində 1,4 milyard dollar ilkin ödənişlə müqavilə qüvvəyə minib və texniki danışıqlar davam edir. 40 ədəd “Eurofighter” təyyarəsinin alınması ilə bağlı texniki danışıqlar müsbət davam edir. 40 ədəd F-35 tələbimiz rəsmi olaraq həmsöhbətlərimizə çatdırılıb. F-35 ilə bağlı daha əvvəl ödəniş etmişik və anqara aparılan 6 təyyarə var.
Lakin ilk dəfə bir NATO üzvü olan ölkəyə (CAATSA) sanksiya tətbiq edilərək, tədarük həyata keçirilməyib. Biz əvvəldən deyirik ki, bu sanksiya səhvdir. Gözləntimiz odur ki, müttəfiqlərimiz ittifaqın ruhuna və ümumi təhlükəsizlik perspektivinə uyğun qərarlar qəbul etsinlər və bütün üstüörtülü və ya aşkar sanksiyalar aradan qaldırılsın”.
Sevinc Əliyeva
Ordu.az