Yaponiya Rusiya ilə ərazi probleminin həllinə ümid edir

2024/11/1732863413.jpg
Oxunub: 342     10:52     29 Noyabr 2024    
Yaponiya hökuməti Rusiya ilə ərazi mübahisəsinin həlli yolunda irəliləməyə davam edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Siqeru İsiba parlamentdə çıxışı zamanı bildirib.

"Yaponiya-Rusiya münasibətləri ağır vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması kursunu davam etdirəcək", - o qeyd edib.

Qeyd edək ki, Moskva və Tokio İkinci Dünya müharibəsinin nəticələrinə dair sülh sazişinin bağlanması üçün keçən əsrin ortalarından bəri danışıqlar aparıb. Bu yolda əsas maneə Kuril adalarının cənub hissəsinin kimə məxsus olması ilə bağlı fikir ayrılığıdır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik adaların ona məxsus olduğunu bildirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Rusiya  


Bizi "telegram"da izləyin