Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib

2024/09/1726212286.jpg
Oxunub: 472     17:33     28 Noyabr 2024    
Avropa Şurası noyabrın 28-də Avropa Komissiyasının yeni tərkibini təsdiq edib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Şurasının Mətbuat Xidməti məlumat yayıb.

"Avropa Şurası bu gün yazılı prosedurla Avropa Komissiyasının 2024-cü dekabrın 1-dən 2029-cu il oktyabrın 31-dək olan yeni tərkibini təsdiqlədi. Beləliklə, Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen, Avropa İttifaqı (Aİ) Komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi isə Kaya Kallas olacaq", - məlumatda qeyd edilib.

Xatırladaq ki, bundan əvvəl, yəni noyabrın 27-də Avropa parlamentinin deputatları Strasburqda keçirilən plenar sessiyada səs çoxluğu ilə Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Şurası   Avropa-Komissiyası  


Bizi "telegram"da izləyin