Keçmiş Britaniya əsgəri İrana casusluqda təqsirli bilinib

2024/11/1732800380.jpg
Oxunub: 505     16:55     28 Noyabr 2024    
Keçmiş Britaniya əsgəri Daniel Xəlifə həssas məlumatları İran hökumətinə ötürməkdə təqsirli bilinib.

Ordu.az “The Guardian“a istinadən xəbər verir ki, 2023-cü ildə həbsxanadan qaçan sabiq əsgər, İran üçün casusluq etməkdə təqsirli bilinib.

23 yaşlı Daniel Xəlifə məhkəmə tərəfindən İrana faydalı məlumatlar toplamaqla Britaniyanın Rəsmi Sirlər Qanununu pozmaqda təqsirli bilinib.

O, eyni zamanda bomba həyəcanı yaratmaqla bağlı ittihamdan azad edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İran  


Bizi "telegram"da izləyin