Sepahın briqada generalı Suriyada silahlı hücumda ölüb
Oxunub: 529
16:55
28 Noyabr 2024
Suriyanın Hələb bölgəsində silahlıların hücum nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) komandanının müşaviri briqada generalı Kiumərs Purhaşimi (Kiumars Pourhashemi) ölüb.
Ordu.az xəbər verir ki, məlumatı SNN agentliyi yayıb.
Məlumata görə, ötən gün prezident Bəşşar Əsədə aid hərbi birləşmələrlə müxalifətin silahlı qüvvələri ilə Suriyanın Hələb bölgəsində döyüş olub.