Ordu.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bakai bildirib.
Onun sözlərinə görə, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə nümayəndəsi Məcid Təxtirəvançı noyabrın 28-də Avropa İttifaqı xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarın müavini Enrike Mora ilə görüşəcək.
Noyabrın 29-da isə o, Böyük Britaniya, Almaniya və Fransanın (“üçlük”) diplomatları bir araya gələcək.
Bildirilib ki, bu raundda regional və qlobal məsələlər, o cümlədən Fələstin və Livana dair problemlər, habelə İranın nüvə proqramı müzakirə olunacaq.
Ordu.az