Ordu.az xəbər verir ki, Kosovo Baş naziri Albin Kurti ölkəsində döyüş sursatı istehsal edəcək fabrik və pilotsuz uçuş aparatlarının dizaynını həyata keçirəcək laboratoriyanın yaradılması ilə bağlı qiymətləndirmə və danışıqlar prosedurlarına başlamaq üçün nazirlərarası komissiya qurduqlarını açıqlayıb.
Kurti paytaxt Priştinada Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) “Adem Jashari” obyektində keçirilən və “Güc Günü” münasibətilə ictimaiyyətə açılan tədbirə qatılıb.
Tədbirdə Baş nazirlə yanaşı, müdafiə naziri Eyyup Makedontsi və Kosovoda xidmət edən hərbi və diplomatik nümayəndələr də iştirak ediblər.
Kurti tədbirdən sonra mətbuata verdiyi açıqlamada əvvəlki illərlə müqayisədə FSK-nın hərbi qulluqçu sayının 2 dəfə, illik büdcəsinin isə 3 dəfə artdığını bildirib.
Sevinc Əliyeva
Ordu.az