Cənubi Koreya Pxenyan-Moskva hərbi əməkdaşlığına “birgə cavab” verməyə çağırıb

2024/11/1732783324.jpg
Oxunub: 520     15:30     28 Noyabr 2024    
Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimali Koreya-Rusiya hərbi əməkdaşlığına “birgə cavab” verməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Aparatının açıqlamasında qeyd edilib.

Açıqlamaya görə, Yoon paytaxt Seulda Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Yoon Moskva və Pxenyan arasında son hərbi əlaqələrin yaratdığı təhlükəsizlik təhdidləri ilə bağlı narahatlığını bölüşüb.

Şimali Koreyanın Rusiyaya qoşun yeritməsini xatırladan Yoon bu təhdidlərə qarşı “birgə cavab” və ABŞ ilə koordinasiyaya çağırıb.

“Yonhap” agentliyinin məlumatına görə, tərəflərin Cənubi Koreyanın Ukraynaya mümkün silah göndərməsini müzakirə edib-etməməsi barədə məlumat paylaşılmayıb.

Kiyev rəhbərliyinin Cənubi Koreyadan silah dəstəyi istəyəcəyi iddia edilsə də, Umerov görüşdən sonra mövzu ilə bağlı sualı cavablandırmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pxenyan   Moskva  


Bizi "telegram"da izləyin