Ordu.az xəbər verir ki, “VOA Türkçe”nin məsələ ilə bağlı şərh sorğusuna cavab olaraq ABŞ Dövlət Departamenti siyasətlərində heç bir dəyişiklik olmadığını qeyd edib.
ABŞ Dövlət Departamenti yazılı açıqlamasında bildirib ki, F-35-lərin Türkiyəyə tədarükü üçün tələb olunan şərtlər hər kəsə məlumdur.
“F-35-lərin Türkiyəyə tədarükü üçün tələb olunan şərtlər hər kəsə məlumdur və siyasətimiz dəyişməyib. Türkiyənin NATO ilə davamlı əməkdaşlığı ABŞ-nin kritik prioriteti olaraq qalır”, - deyə açıqlamada qeyd olunub.
Nazirlik Türkiyənin F-35 alması və ya F-35 proqramına qayıtması ilə bağlı danışıqlar haqqında sualları cavabsız qoyub.
Sevinc Əliyeva
Ordu.az