Rumıniyanın 1059 ədəd 4×4 taktiki təkərli yüngül zirehli vasitə layihəsini “Otokar” qazanıb

2024/11/2024--1732781610.jpg
Oxunub: 591     18:29     28 Noyabr 2024    
“Otokar” Rumıniya ilə 1059 ədəd 4×4 Taktiki Təkərli Yüngül Zirehli Vasitənin istehsalını əhatə edən böyük bir müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, ümumi dəyəri təxminən 857 milyon avro olan müqavilə Rumıniya Milli Müdafiə Nazirliyinə bağlı “C.N. Romtehnica S.A.” tərəfindən elan edilən tender nəticəsində reallaşıb.

Rumıniya Milli Müdafiə Nazirliyi tərəfindən 2024-cü il martın 20-də elan edilən tender çərçivəsində davam edən fəaliyyətlər yekunlaşıb.

Rumıniya Müdafiə Nazirliyinə məxsus “Romtehnica” şirkətinin 1059 ədəd 4×4 taktiki təkərli yüngül zirehli vasitə layihəsini “Otokar” qazanıb.

ƏDV-siz təxminən 4,3 milyard RON (təxminən 857 milyon avro) dəyərində olan müqavilə 2024-cü il noyabrın 27-də Rumıniyada imzalanıb.

Gələcəkdə müqavilənin məbləğinin 1 milyard dolları ötəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Otokar   Rumıniya  


Bizi "telegram"da izləyin