Ordu.az xəbər verir ki, Türkiyədə kibertəhlükəsizlik sahəsində mühüm layihələrə və yerli məhsullara imza atan STM-in Texnoloji Düşüncə Mərkəzi “ThinkTech” 2024-cü ilin iyul-avqust-sentyabr aylarını əhatə edən yeni Kiber Təhdid Vəziyyəti Hesabatını açıqlayıb.
Kibertəhlükəsizlik sahəsində maarifləndirmə məqsədilə STM-in kibertəhlükəsizlik üzrə mütəxəssisləri tərəfindən hazırlanan hesabatda 9 fərqli mövzu var.
Hesabatda Türkiyəni hədəf alan APT qrupları, qabaqcıl autentifikasiya üsulları və ən çox kiberhücum edən ölkələr kimi aktual və maraqlı mövzular yer alır.
Milli müdafiə, istehsal və maliyyə kimi sektorları hədəf alan APT hücumları əqli mülkiyyət, hərbi planlar və kritik resurslar kimi yüksək dəyərli aktivlərə diqqət yetirir.
Bu qruplar milli təhlükəsizliyə ciddi təhdid yaradır və bütün dünyada qlobal narahatlıq kimi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az