ABŞ Filippinə əlavə “Mantas” T-12 İDP-ləri təqdim edəcəyini açıqlayıb

2024/11/1732781136.jpg
Oxunub: 316     12:29     28 Noyabr 2024    
ABŞ hökuməti Cənubi Çin dənizində müşahidə imkanlarını artırmaq üçün Filippinə əlavə “Mantas” T-12 İnsansız Dəniz platformaları (İDP) təqdim edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Filippinə son səfəri zamanı yeni dəniz platformalarının təhvil veriləcəyini açıqlayıb.

Tədarük ediləcək “Mantas” T-12-lərin vaxtı və dəqiq sayı ilə bağlı ətraflı məlumat verilməyib.

Filippin Hərbi Dəniz Qüvvələri hazırda 4 ədəd “Mantas” İDP-ni idarə edir.

“Mantas” T-12 uzunluğu 3,6 metr və yükgötürmə qabiliyyəti 64 kiloqram olan, elektriklə işləyən İDP-dir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Filippin  


Bizi "telegram"da izləyin