Kəşfiyyat hesabatı: Şimali Koreya ballistik raket istehsal müəssisələrini genişləndirir

2024/11/2024--1732799366.jpg
Oxunub: 542     16:52     28 Noyabr 2024    
Peyk görüntüləri Şimali Koreyada KN-23 ballistik raket qurğusunun genişləndirilməsini üzə çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” kəşfiyyat mənbələrinə istinadən bildirib.

Şimali Koreya “11 Fevral Fabriki” kimi tanınan əsas ballistik raket istehsalı müəssisəsini genişləndirir.

Bu obyekt Şimali Koreyanın şərq sahilindəki ikinci ən böyük şəhəri olan Hamhunqda yerləşən “Ryongsong” Maşınqayırma Kompleksinin bir hissəsi kimi fəaliyyət göstərir.


Montereydəki “Middlebury” Beynəlxalq Araşdırmalar İnstitutu bu müəssisənin “Hwasong-11” sinfinə məxsus bərk yanacaqla işləyən ballistik raketləri istehsal etdiyi məlum olan yeganə obyekt olduğunu açıqlayıb.

Şəkilləri skan etmək üçün süni zəka texnologiyasından istifadə edən Cənubi Koreyanın peyk şəkilləri firması “SI Analytics”in tədqiqatçıları da “11 Fevral Fabriki”ndə yeni tikintinin aparıldığını təsdiqləyiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Raket  


Bizi "telegram"da izləyin