Böyük Britaniyada PKK terror təşkilatına qarşı əməliyyat - 7 nəfər saxlanılıb

2024/11/1732773804.jpg
Oxunub: 1263     10:02     28 Noyabr 2024    
Böyük Britaniyada polis PKK terror təşkilatı ilə bağlı araşdırmalar çərçivəsində ikisi qadın olmaqla, yeddi nəfəri saxlayıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın London Şəhər Metropolitan Polisi Terrorla Mübarizə İdarəsinin Londonda müxtəlif ünvanlarda əməliyyat keçirdiyini açıqlayıb.

Məlumata əsasən, PKK ilə əlaqəli olduğundan şübhələnilən fəaliyyətlərə dair araşdırmada yaşı 23, 27, 31, 56, 59 və 61 olan, ikisi qadın olmaqla, altı nəfər saxlanılıb.

“Daha sonra Londondan qərbdə 31 yaşlı bir kişinin də saxlanıldığı və ümumi saxlanılanların sayının yeddiyə çatdığı bildirilib.

Araşdırma çərçivəsində Londonda səkkiz ünvanda axtarışlara başlanılıb”, - məlumatda qeyd edilib.

Polis bildirib ki, bu mərkəzdə aparılan araşdırmalar iki həftə davam edə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   PKK  


Bizi "telegram"da izləyin