Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib

2024/11/1732712425.jpg
Oxunub: 429     16:52     27 Noyabr 2024    
Rusiya Prezidenti Vladimir Putin Astanaya dövlət səfərinə gedib.

Ordu.az-ın məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev paytaxtın hava limanında Rusiya Federasiyasının Prezidentini qarşılayıb.

Bu, Putinin bu il Qazaxıstana ikinci səfəridir.

Görüşlər və danışıqlardan sonra iki ölkənin prezidentləri birgə sənədlərin imzalanması mərasimində iştirak edəcək, 26-27 noyabr tarixlərində Ufada keçirilən Rusiya və Qazaxıstan arasında regionlararası əməkdaşlığın 20-ci yubiley forumunun plenar iclasında videobağlantı vasitəsilə çıxış edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qazaxıstan  


Bizi "telegram"da izləyin