“Siper Ürün-2” 150 kilometr, “Siper Ürün-3” isə 180 kilometr mənzilə sahib olacaq” - Yaşar Gülər

2024/11/2024--3465397436.jpg
Oxunub: 578     13:10     27 Noyabr 2024    
Türkiyə milli müdafiə naziri Yaşar Gülər Milli Müdafiə Nazirliyinin 2025-ci il büdcəsinin müzakirə edildiyi TBMM Plan və Büdcə Komissiyasında nazirliyin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.

Ordu.az xəbər verir ki, o, TÜBİTAK SAGE, ASELSAN və ROKETSAN İş Ortaqlığı tərəfindən inkişaf etdirilən “Siper” Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə bağlı açıqlamalar verib.

“Siper” və “Çelik Kubbe” ilə bağlı HHM sistemimizə gəlincə, bütün HHM sistemlərimizi hələ tamamlamamışıq. HHM sistemi “Çelik Kubbe” bir şəbəkədir. Bunun içərisində 4-5 ayrı sistem var, “Hisar O” sistemi, “Hisar A” sistemi, “Siper” sistemi və “Korkut” yaxın aşağı hündürlükdə HHM sistemi mövcuddur. Bütün bu proqram təminatının ayrıca proqram təminatı ilə birləşdirildiyi sistemin adı “Çelik Kubbe”dir. Odur ki, ölkəmizin HHM-ni təmin etmək üçün bizə bir “Çelik Kubbe” yox, birdən çox “Çelik Kubbe” lazım olacaq və bunlar istehsal olunmağa başlayıb. “Siper Ürün-1” istehsal edilib və 100 kilometr mənzillə inventara daxil olub. İndi ikinci və üçüncü “Siper”lər gələcək, “Siper Ürün-2” 150 kilometr, “Siper Ürün-3” isə 180 kilometr mənzilə sahib olacaq. Hazırda istehsalat işləri davam edir”, - deyə o qeyd edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Siper-Ürün-3   ROKETSAN  


Bizi "telegram"da izləyin