Pentaqon və “Lockheed Martin” yeni F-35-lərin istehsalı ilə bağlı razılığa gəlib

2024/11/1732698468.jpg
Oxunub: 378     11:52     28 Noyabr 2024    
Pentaqon və “Lockheed Martin” yeni F-35 Birgə Hücum Təyyarələrinin istehsalı ilə bağlı razılığa gəlib.

Ordu.az xəbər verir ki, “Lockheed” və F-35 Birgə Proqram Ofisi tərəfindən verilən ortaq açıqlamada ilk razılaşmanın döyüş təyyarəsinin 18-ci və 19-cu “lot”larının istehsalını əhatə edəcəyi bildirilib.

JPO və “Lockheed” müqavilənin yekun şərtləri ilə bağlı danışıqları davam etdirdiklərini, müqavilənin nə qədər F-35-i əhatə edəcəyini və onun qiymətini müqavilənin rəsmi imzalanması zamanı açıqlayacaqlarını bildiriblər.

“Lockheed”in baş maliyyə direktoru Cey Malave oktyabr ayı qazanc çağırışında şirkətin 2024-cü ilin sonuna qədər 18 və 19-cu “lot”lar üzrə sövdələşməni bağlamağı gözlədiyini qeyd edib.

2023-cü ilin sonlarında Pentaqon “Lockheed”ə 18 və 19-cu “lot”larda işə başlamaq icazəsi verib, şirkətə bu təyyarələrin istehsalını maliyyələşdirməyə başlamaq üçün avans müqaviləsi verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Lockheed-Martin  


Bizi "telegram"da izləyin