Ordu.az xəbər verir ki, 2024-cü il noyabrın 19-da PUA üçün nəzərdə tutulmuş TCG “Anadolu” çoxməqsədli amfibiya hücum gəmisinin uçuş göyərtəsinə enmə və qalxma sınağını müvəffəqiyyətlə tamamlayaraq, dünya aviasiya tarixinə düşən “Bayraktar TB3” gəmi sınaqlarını davam etdirir.

2-ci və 3-cü qalxma-enmə sınaqlarını uğurla həyata keçirən “Bayraktar TB3”ün sınaq görüntüləri sosial mediada paylaşılıb.

Sınaqda ASELSAN tərəfindən hazırlanmış ASELFLIR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəfləmə Sistemi “Bayraktar TB3”ün üzərində yer alıb.

Sevinc Əliyeva
Ordu.az