Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesində və Kiber Vətəndə yenilikçi və milli həllər inkişaf etdirən, kibertəhlükəsizliklə bağlı məlumatlılığı artırmaq üçün “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” tərəfindən təşkil edilən “Capture The Flag-CTF” tədbirinin bu il 10 yaşı tamam olub.
Türkiyənin ən uzunmüddətli kibertəhlükəsizlik yarışması olan STM CTF bu il dekabrın 13-14-də onlayn olaraq keçiriləcək.
Ağ papaqlı hakerlərin mübarizəsinə şahidlik edəcək CTF24 üçün müraciətlər 2024-cü il dekabrın 12-nə qədər davam edəcək. Builki CTF-də yarışan iştirakçılar ümumilikdə 370 min lirə mükafat alacaqlar.
Yarışmada birinci olan komanda 150 min lirə, ikinci komanda 120 min lirə, üçüncü komanda isə 100 min lirə qazanacaq.
Sevinc Əliyeva
Ordu.az