Türkiyə Livanda atəşkəs üçün aparılan danışıqların müsbət nəticəsini alqışlayır

2024/11/1732694691.jpg
Oxunub: 380     11:58     27 Noyabr 2024    
Livanda atəşkəs üçün aparılan danışıqların müsbət nəticəsini alqışlayırıq.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bundan əlavə, rəsmi Ankaranın atəşkəsin daimi olacağına ümid etdiyi vurğulanır:

“Beynəlxalq ictimaiyyət atəşkəs rejiminə ciddi əməl etməsi və Livanda vurduğu zərərin ödənilməsi üçün İsrailə təzyiq etməlidir. Türkiyə Livanda sülhünün bərqərar olması üçün lazımi dəstəyi verməyə hazırdır. Bu münasibətlə xatırlatmaq istərdik ki, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün Qəzzada ən qısa zamanda daimi və hərtərəfli atəşkəs elan edilməli və İsrailin təcavüzkar siyasətinə son qoyulmalıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Livan  


Bizi "telegram"da izləyin