Ordu.az xəbər verir ki, paketin məbləği 23 milyard dollar əvəzinə 6-7 milyard dollar olacaq.
2024-cü ilin yanvar ayında ABŞ Türkiyəyə təxminən 23 milyard dollarlıq büdcə ilə 40 ədəd F-16 “Blok 70” döyüş təyyarəsi, 79 ədəd F-16 “Blok 70” modernləşdirmə dəsti və əlaqəli bir çox avadanlıqların satışını əhatə edən bildiriş dərc edib.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyənin F-16 “Blok 70” alışında son vəziyyətə toxunub. Türkiyə modernləşdirmə dəstlərinin tədarükündə yerli alternativə keçərkən, proqram 40 təyyarə və müvafiq sursatın tədarükü ilə 23 milyard dollar əvəzinə 6-7 milyard dollar dəyərində tamamlanacaq.
Gülər verdiy açıqlamada qeyd edib:
“F-16 “Blok 70” tədarükü çərçivəsində ilkin ödəniş edildi. Biz 1,4 milyard dollar sərmayə qoyduq. Bununla 40 ədəd F-16 “Blok 70 Viper” təyyarəsi alacağıq. 79 modernləşdirmə dəstini tədarük edəcəkdik. Bu 79 ədəddən imtina etdik. Bu səbəbdən imtina etdik: TUSAŞ hazırda bu F-16 modernləşdirməsini özü həyata keçirəcək vəziyyətdədir. Ona görə də onları ora köçürdük. 40 təyyarə alacağıq. Xüsusi sursatlar da var. Onları alacağıq. Bütün məbləğ təxminən 6,5-7 milyard dollar olacaq”.
Sevinc Əliyeva
Ordu.az