Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın hərbi kəşfiyyat idarəsinin bəyanatında bildirilib.
Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Kəşfiyyatı Şimali Koreyanın təxminən 100 ədəd KN-23 və KN-24 qısa mənzilli raketlər tədarük etdiyini qeyd edib.
Hər ikisi taktiki idarə olunan raket olan KN-23 Rusiyanın “İsgəndər-M” raketinə, KN-24 isə ABŞ ordusunun taktiki raket sisteminə daha çox bənzəyir.
Raketlərin Şimali Koreyadakı adları “Hwasong-11Ga” və “Hwasong-11Na”dır.
Ukrayna rəsmiləri, həmçinin Rusiyanın ötən ilin sonundan etibarən Ukraynaya qarşı hücumlarda bu raketlərdən istifadə etdiyini açıqlayıblar.
Ukraynanın hərbi kəşfiyyat idarəsi Şimali Koreya raketlərində tapılan, Çin, ABŞ, Yaponiya, Böyük Britaniya və İsveçrədən gələn xarici hissələrin yenilənmiş siyahısını da açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az