Erməni deputat: “Bütün dövlət sistemi Paşinyan tərəfindən trafikinqə məruz qoyulur”

2024/11/ca70f-1732611650.jpg
Oxunub: 313     13:58     27 Noyabr 2024    
“Əslində, Nikol Paşinyan bütün hakimiyyəti dövründə təkbaşına və ya dar ailə dairələrində, bağlı qapılar arxasında, Ermənistan vətəndaşlarına izahat vermədən qərarlar qəbul edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan deyib.

Onun sözlərinə görə, əslində ən pisi odur ki, Ermənistanda artıq dövlət sistemi yoxdur, dövlət idarəçiliyi əhval-ruhiyyəsi yoxdur və bütün dövlət sistemi Paşinyan tərəfindən trafikinqə məruz qoyulur.

“Heç kim bundan sığortalanmayıb, birinə dedilər get narkoloji müayinədən keç, o birinə deyirlər mandatı yerə qoy, problem odur ki, insanlar buna qarşı səs çıxarmır. Paşinyan müsahibəsində deyib ki, məmurlar bir mesajla uçublar. Onlar 0-dırlar və bu, bizim dövlət quruluşumuzun çökməsi deməkdir”, - deyə Manukyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin