“Trakon 30” Türkiyədə son istifadəçi ilə görüşməyə hazırlaşır - FOTOLAR

2024/11/1366--1732610065.jpg
Oxunub: 486     11:08     28 Noyabr 2024    
Türkiyə müdafiə sənayesi məhsullarına qatılan və təhvil verilməyə başlayan 30×113 millimetrlik aşağı geri təpmə qabiliyyətinə malik orta çaplı top yaradılan yeni konsepsiya ilə təhlükəsizlik qüvvələrinin xidmətinə hazırlanır.

Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesi şirkətləri döyüş meydanında dəyişən ehtiyaclara uyğun dizayn, inkişaf etdirmə və investisiya qərarları verir, nəticədə ölkə daxilində və xaricdə istifadə üçün həllər təklif edir.


Odlu silahlar və onların effektiv işləməsini təmin edən silah sistemləri və avadanlıqları inkişaf etdirən “Samsun Yurt Savunma (SYS) Grup” bu həll yollarına bir yenisini əlavə edib.

“CANiK”in bağlı olduğu “SYS Group” daxilindəki “AEI Systems” və UNIROBOTICS ilə əməkdaşlıq çərçivəsində inkişaf etdirilən, dünya ordularının ehtiyaclarını qarşılayan və yüksək tələbat görən 30×113 millimetrlik aşağı geri təpmə qabiliyyətinə malik orta çaplı top konsepsiyası Türkiyədə son istifadəçilərlə görüşməyə hazırlaşır.

Bu konsepsiya çərçivəsində UNIROBOTICS tərəfindən hazırlanan “Trakon” Seriyası Uzaqdan İdarə Edilən Silah Sistemləri ailəsinin ən diqqət çəkən versiyalarından biri olan “Trakon 30” “AEI Systems” tərəfindən hazırlanan, çox aşağı geri təpməli baraban mexanizminə malik “Venom” LR silahı ilə birlikdə təklif olunur.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Trakon-30   Türkiyə  


Bizi "telegram"da izləyin