Türkiyə hərbi qulluqçuları Kosovoda “Sarp Silah Sistemi”nin təhlükəsiz və effektiv istifadəsi ilə bağlı təlim keçiblər

2024/11/1732609839.jpg
Oxunub: 362     10:50     27 Noyabr 2024    
NATO-nun Kosovo Sülh Qüvvələrində (KFOR) xidmət edən Türkiyə nümayəndəliyinin sədrliyi Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) hərbi qulluqçularına “Sarp Silah Sistemi”nin təhlükəsiz və effektiv istifadəsi ilə bağlı təlim keçib.

Ordu.az xəbər verir ki, FSK-nın sosial media hesabında ASELSAN-ın istehsal etdiyi sistemin təhlükəsiz və effektiv istifadəsi üçün Türkiyə hərbi qulluqçularının verdiyi nəzəri və praktiki təlimlər paylaşılıb.

Paylaşımda Türkiyə Silahlı Qüvvələrinin təlimatçılarının FSK hərbi qulluqçularının peşəkar bacarıqlarının inkişafına dəyərli töhfələr verdiyi bildirilib.

2009-cu ildə Kosovoda və sərhəddən kənarda böhran idarəetmə əməliyyatlarını təmin etmək, mülki müdafiə əməliyyatları, təbii fəlakətlər və digər fövqəladə hallarda xidmət etmək üçün yaradılan FSK-nın qanuni dəyişikliklərlə Silahlı Qüvvələrə çevrilməsi prosesinə 2018-ci ildə başlanılıb.

Prosesin 10 il çəkəcəyi gözlənilir. 1999-cu ildən Kosovoda KFOR tərkibində xidmət edən Türkiyə hərbi qulluqçuları FSK-nın Silahlı Qüvvələrə çevrilməsi prosesinə müxtəlif töhfələr verir. Bundan əlavə, FSK-nın hərbi inventarında bir çox Türkiyə məhsulları var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   FSK   Sarp-Silah-Sistemi  


Bizi "telegram"da izləyin