Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir

2024/11/1732607878.jpg
Oxunub: 406     11:52     26 Noyabr 2024    
Rusiya Prezidenti Vladimir Putin MDB məkanında sabitliyin pozulmasının yolverilməz olduğunu vurğulayıb.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının MDB ölkələrinin kəşfiyyat xidmətlərinə müraciətində deyilir.

"Bu gün mürəkkəb geosiyasi şəraitdə sizin konstruktiv qarşılıqlı fəaliyyətiniz xüsusilə vacibdir. MDB-də və qonşu regionlarda sabitliyin pozulmasına yol vermək olmaz. Bunun üçün əvvəlki kimi kollektiv təhlükəsizliyə qarşı istənilən mənfi tendensiyalar və potensial təhdidlər aşkar edilməlidir", - Prezident vurğulayıb.

V.Putin əlavə edib ki, onların inkişafı proqnozlaşdırılmalı, məlumat və təcrübə mübadiləsi aparılmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   Putin   Xaos  


Bizi "telegram"da izləyin