Ordu.az xəbər verir ki, Xorvatiya iddialı Silahlı Qüvvələrin modernləşdirilməsi proqramının bir hissəsi olaraq “Dassault Aviation” tərəfindən təhvil verilən 7-ci “Rafale” döyüş təyyarəsini təhvil alıb.
Noyabrın 21-də Plesodakı “Polkovnik Marko Živković” kazarmasına eniş edərək yenilənmiş parkın inteqrasiyasında mühüm addım atıb.
Bu çərçivədə ayda bir təyyarə olmaq üzrə planlaşdırılan 12 “Rafale”in hamısının çatdırılmasının 2025-ci ilin aprel ayına qədər tamamlanması və Xorvatiyanın tam park ilə təmin edilməsi gözlənilir.
2021-ci ilin may ayında Xorvatiya Fransa ilə hərbi modernləşdirmə səyləri çərçivəsində 12 ədəd “Rafale” F3R döyüş təyyarəsinin alınması üçün mühüm müqavilə imzalayıb.
Sevinc Əliyeva
Ordu.az