Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Cənubi Kipr prezidenti Nikos Kristodulidesin Ağ Evdə ABŞ prezidenti Cozef Baydenlə apardığı son danışıqlarda açıqladığı kimi, Cənubi Kipr gələcəkdə NATO-ya üzv olmaq üçün strateji mövqe tutur.
Yunanıstanın “Kathimerini” nəşrinin məlumatına görə, Vaşinqton tərəfindən müsbət qarşılanan bu uzunmüddətli, çoxmərhələli plan siyasi çağırışları həll etməklə yanaşı, praktiki və strateji addımlarla Cənubi Kipri NATO ilə daha sıx uyğunlaşdırmaq məqsədi daşıyır.
Kristodulidesin Cənubi Kiprin NATO-ya daxil olması ilə bağlı uzunmüddətli planı Kipr probleminin həllində irəliləyişdən, Aİ-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasından asılıdır, əsas rolların ABŞ və Fransadan olması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az