Almaniya yeni nəsil kəşfiyyat gəmilərinin inşasına başlayıb

2024/11/1732603469.jpg
Oxunub: 444     12:39     26 Noyabr 2024    
Almaniyada yerləşən “NVL Group” Almaniya ordusu üçün istehsal ediləcək ilk yeni nəsil kəşfiyyat gəmisinin istehsalına başladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “NVL Group” Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) ümumilikdə 3 ədəd “Type-424” sinfinə məxsus gəmisinin inşasına başladığını açıqlayıb.

Yeni kəşfiyyat gəmiləri Almaniya HDQ-də əvvəlki nəsil “Type-423” kəşfiyyat gəmilərini əvəz edəcək. Almaniya 2021-ci ilin iyununda “Type-424” gəmilərinin dizaynı üçün “NVL Group” ilə müqavilə imzalayıb.

İlk gəminin 2029-cu ildə təhvil verilməsi planlaşdırıldığı halda, 2 gəminin müvafiq olaraq 2030 və 2031-ci illərdə təhvil verilməsi gözlənilir.

Proqramın ümumi dəyəri ilkin olaraq 2,1 milyard avro olaraq qiymətləndirilirdi. Lakin 2023-cü ildə bu rəqəm 3,3 milyard avroya yüksəldilib.

Şirkətdən verilən məlumata görə, yeni gəmilər təqribən 132 metr uzunluğunda olacaq və geniş çeşidli silahlara sahib olacaq.

Gəmilər həmçinin qabaqcıl sistemlər sayəsində geniş diapazonda radar və rabitə siqnallarını izləyə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   NVL  


Bizi "telegram"da izləyin