İtaliya XİN: Roma Ukraynaya döyüşmək üçün bir əsgər belə göndərməyəcək

2024/11/1732597602.jpg
Oxunub: 391     03:55     26 Noyabr 2024    
Bir dənə də olsun italyan əsgəri Ukrayna torpağına ayaq basmayacaq.

Ordu.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani G7 ölkələrinin xarici işlər nazirlərinin Fiuci şəhərində keçirilən iclasında bildirib.

“Yardım göndərməklə Kiyevə siyasi, maddi, hərbi yardım edirik, amma döyüşə əsgər göndərməyəcəyik. Biz eskalasiyadan yayınmalıyıq”, - nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Ukrayna  


Bizi "telegram"da izləyin