Şolz dövlət büdcəsindən borc götürməklə Ukraynaya dəstək verməyə razılaşıb

2024/07/1721821030.jpg
Oxunub: 1396     21:07     25 Noyabr 2024    
Almaniya kansleri Olaf Şolz ikinci müddətə namizədliyi irəli sürüldükdən sonra ölkənin dövlət büdcəsindən borc götürməklə Ukraynaya maliyyə dəstəyinə razılıq verdiyini bildirib, lakin Kiyevə uzaqmənzilli “Taurus” raketlərinin tədarükünə qarşı mövqeyini təkrarlayıb.

Ordu.az xəbər verir ki, kansler bu barədə noyabrın 25-də Sosial Demokrat Partiyasının mətbuat konfransında məlumat verib.

Siyasətçi qeyd edib ki, o, Ukrayna münaqişəsinin gərginləşməsinin əleyhinədir, eyni zamanda gələn il üçün Almaniyanın dövlət büdcəsindən Kiyevə 12 milyard avro məbləğində hərbi yardımın ayrılmasını dəstəkləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolz   Almaniya  


Bizi "telegram"da izləyin