İsrail Fransa səfirinin Beyrutdakı iqamətgahının yaxınlığına hava zərbəsi endirib

2023/10/1697518452.jpg
Oxunub: 383     19:21     25 Noyabr 2024    
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın paytaxtı Beyrutun cənub-şərq hissəsindəki Dəvvər Tayuni meydanına raket zərbəsi endirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, hava hücumu nəticəsində Fransa səfirinin Beyrutdakı iqamətgahının yerləşdiyi “Snobar” sarayından təxminən 500 metr aralıda yerləşən çoxmərtəbəli bina tamamilə dağılıb.

Digər hücum Şueifat ətrafında yaşayış binasına edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Fransa  


Bizi "telegram"da izləyin