“Anduril” ABŞ tərəfindən yeni antidron sistemlərinin yaradılması üçün razılıq əldə edib

2024/11/1732526811.jpg
Oxunub: 330     13:26     27 Noyabr 2024    
“Anduril” şirkəti ABŞ tərəfindən yeni antidron sistemlərinin yaradılması üçün razılıq əldə edib.

Ordu.az xəbər verir ki, 5 illik müqavilənin məqsədi Dəniz Hava Hücumundan Müdafiə İnteqrasiya Sistemi (MADIS) proqramının bir hissəsi kimi Əks-Pilotsuz Uçuş Aparatı Sisteminin (CUAS) (CES) hazırlanması və çatdırılmasıdır.

CES-in əsas komponenti “Anvil” avtonom kinetik bloklama Pilotsuz Uçuş Aparatıdır (PUA) və PUA öz tipinə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub.

Sistem sürətli qərar qəbul etmək üçün süni zəka, sensor birləşmə və kənar hesablamadan istifadə edən “Anduril”in qabaqcıl komanda və idarəetmə əməliyyat sistemi olan “Lattice” ilə təchiz edilib.

Müqavilənin dəyəri təxminən 200 milyon dollardır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anduril   ABŞ  


Bizi "telegram"da izləyin