Ordu.az xəbər verir ki, bu hərəkət HDQ-nin satınalma strategiyası üçün mühüm mərhələdir.
Tarixən Fransa, Almaniya və İtaliya Misirin əsas dəniz tədarükçüləri olub.
Bununla belə, Cənubi koreyalı iddiaçıların iştirakı Misir və Fransa arasında uzunmüddətli təchizat tərəfdaşlığına təsir göstərə bilər.
Misirin müasir sualtı qayıq platforması Sovet İttifaqının əsas müdafiə tədarükçüsü olduğu 1960-cı illərə təsadüf edir. Bu dövrdə Sovet İttifaqı Misirə “Viski” və “Romeo” siniflərinə məxsus sualtı qayıqlar verib.
Lakin 1970-ci illərdə Sovet İttifaqı ilə əlaqələrin kəsilməsi ehtiyyat hissələrinin və texniki xidmət dəstəyinin çatışmazlığına gətirib çıxarıb ki, bu da park üçün ciddi çətinliklər yaradıb.
Bu problemləri aradan qaldırmaq üçün Misir 1980-ci illərdə Çindən “Type” 033 ES5A sualtı qayıqları alıb. Bununla belə, bu sualtı qayıqlar da problemlər yaradaraq, modernləşdirmə proqramlarını zəruri edib.
1988-ci ildə ABŞ ilə bağlanmış müqaviləyə əsasən, “Romeo” sinfinə məxsus sualtı qayıqlar “Harpoon” gəmi əleyhinə raketləri və müasir sonar sistemləri ilə təkmilləşdirilib.
Sevinc Əliyeva
Ordu.az