"Hərbçilər arasında I açıq Kikboksinq çempionatı" keçirilib - FOTOLAR

2024/11/15-1732459586.jpg
Oxunub: 967     18:43     24 Noyabr 2024    
Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri Türkiyə Respublikasının Antalya şəhərində keçirilən "Hərbçilər arasında I açıq Kikboksinq çempionatı"nda iştirak ediblər.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, yarışlarda MOİK-in zabiti Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü mayor Tofiq Niftəliyevin rəhbərliyi ilə təmsilçilərimiz müxtəlif çəki kateqoriyaları üzrə 7 qızıl, 1 gümüş və 4 bürünc medalı qazanıblar. Ümumilikdə komanda hesabı üzrə MOİK təmsilçiləri 11 ölkə arasında birinci yerə layiq görülüblər.

Qeyd edək ki, çempionatda Azərbaycanla yanaşı Almaniya, Bosniya və Herseqovina, Ekvador, Fransa, Monqolustan, Özbəkistan, Polşa, Qazaxıstan, Türkiyə və Tailandın hərbi qulluqçuları iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Tədbir   Kikboks  


Bizi "telegram"da izləyin