2024-cü ilin oktyabrında önə çıxan Türkiyə müdafiə sənayesinin inkişafları - SASAD Almanaxı

2024/11/1731049995.jpg
Oxunub: 471     12:44     29 Noyabr 2024    
SASAD 2024-cü ilin oktyabrında müdafiə sənayesində baş verən mühüm inkişafları hazırladığı almanaxla bir araya gətirib.

Hazırlanmış almanaxda aşağıdakı əsas başlıqlar yer alıb:

Türkiyənin Hava Hücumundan Müdafiə (HHM) gücü olan “Siper Ürün-1” sistemi inventara daxil olub.

TUSAŞ ilk “Gökbey” Ümumi Məqsədli Helikopterini Jandarma Baş Komandanlığına təhvil verib.

SAHA EXPO 2024 sərgisində 6,2 milyard dollarlıq müqavilə imzalanıb. Təxminən 1400 şirkətin iştirak etdiyi sərgidə 50 ölkədən satınalma nümayəndə heyətləri görüşlər keçirib.

Bu il Adanada təşkil edilən TEKNOFEST möhtəşəm finalla sona çatıb. Texnologiya və innovasiya həvəskarlarının bir araya gəldiyi festivalda minlərlə gənc öz layihələri ilə gələcəyə iz qoyub.

Türkiyənin müdafiə və təhlükəsizlik sektoru üçün 2025-ci ildə 1 trilyon 608 milyard lirə vəsaitin ayrıldığı açıqlanıb.

Türkiyənin müdafiə və aviasiya sektoru 2024-cü ilin sentyabr ayında 506 milyon 801 min dollarlıq ixracat həyata keçirib.

Azərbaycanın istehsal etdiyi QFAB-250 LG bombası ASELSAN LGK ilə hədəfi dəqiq vurub.

Levent Yaxın HHM Sistemi ilk atış sınağını uğurla başa vurub.

“Marlin” insansız dəniz platforması “Kuzgun” raketi ilə ballistik sınaq keçirib.

“Kargu” pilotsuz uçuş aparatı zirehdəlici döyüş başlığı ilə hədəfi dəqiq vurub.

Mehmetçik “Ateş Serbest”də hədəfləri dəqiq vurub.

“Anka III”dən ASELSAN “Tolun” atış sınağı uğurla həyata keçirilib.

“Hürjet” 1.01 “Mach” sürətinə çataraq, supersəs sürətini aşıb.

ASELSAN Asiya-Sakit okean bölgəsinə 26,2 milyon dollarlıq ixracat həyata keçirib.

Türkiyə, Rumıniya və Bolqarıstan arasında hərbi fəaliyyətləri əhatə edən niyyət məktubu imzalanıb.

CANiK, TURAÇ, REPKON və “REPKON Defence” beynəlxalq sərgilərdə iştirak edib.

TÜRKSAT Milanda keçirilən Beynəlxalq Astronomiya Konqresinə qatılıb.

“CANiK” ABŞ-də MC9 L və MC9 LS-in yeni versiyalarını təqdim edib.

“Sekizalmış Teknoloji” özünün insansız sistem texnologiyası olan MS-23 “Backpack”i təqdim edib.

“Nurol Holding” zirehli vasitə istehsalçısı FNSS-in bütün səhmlərini alır.

“BMC Power” şirkətinin Ankaradakı fabrikindən Arifiye Sınaq Mərkəzinə ilk çatdırılma həyata keçirilib.

HAVELSAN “Kovan” BOTAŞ-da istifadəyə verilib.

Modernləşdirilmiş M60T tanklarının Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi davam edir.

Bu il üçüncü “Future Soldier”-Gələcəyin Əsgəri” tədbiri keçiriləcək.

TPDV və SASAD Nuri Killigil Müdafiə və İnnovasiya Mükafatlarını təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SASAD  


Bizi "telegram"da izləyin