Təxminən 855 milyon dollarlıq Serbiya sursatları Ukraynaya çatıb

2024/06/2024--1719381782.jpg
Oxunub: 233     10:00     26 İyun 2024    
“Financial Times”ın adı açıqlanmayan ekspertlərə istinad etdiyi xəbərə görə, 855 milyon dollar dəyərində Serbiya sursatları dolayı yolla Ukraynaya çatıb.

Ordu.az xəbər verir ki, Serbiya-Ukrayna münasibətləri Belqradın Rusiyaya dost münasibəti səbəbindən mürəkkəbləşib, çünki Serbiya Moskvaya qarşı sanksiyalarda iştirakdan imtina edib.

Eyni zamanda, Serbiya prezidenti Aleksandar Vuçiç Ukraynanı dost ölkə adlandırıb, daha əvvəl Krım və Donbasın Ukraynanın suveren ərazisi olduğunu təsdiqləyib.

FT-nin məlumatına görə, qəzetlə paylaşılan təxminlər təxminən 800 milyon avro (855 milyon dollar) dəyərində sursat ixracının üçüncü tərəflər vasitəsilə Ukraynaya çatdığını göstərir.

“Bu, bizim iqtisadi dirçəlişimizin bir hissəsidir və bizim üçün vacibdir. Bəli, biz sursatımızı ixrac edirik. Biz Ukrayna və ya Rusiyaya ixrac edə bilmirik, amma amerikalılarla, ispanlarla, çexlərlə və başqaları ilə çoxlu müqavilələr bağlamışıq. Nəticə etibarilə bununla nə edəcəkləri özlərinin ixtiyarındadır. [Sursatın hara getdiyini] bilsəm belə, bu mənim işim deyil. Mənim işim sursatlarımızı qanuni şəkildə satmağımızı təmin etməkdir. Mən sadəcə xalqıma baxmalıyam, bu qədər. Bu qədər deyə bilərəm. Kiyevdə və Moskvada dostlarımız var. Onlar bizim slavyan qardaşlarımızdır”, - deyə Serbiya prezidenti bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Sursat   Ukrayna  


Bizi "telegram"da izləyin