ABŞ prezidenti debatların ikinci raundunda iştirak etmək niyyətindədir

2023/08/0bba2-1692853037.jpg
Oxunub: 219     23:14     28 İyun 2024    
ABŞ prezidenti Co Bayden (demokrat) sentyabrda Respublikaçı Donald Trampla debatların ikinci raundunda iştirak etməyi planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bu barədə "CNN" televiziya şirkəti Demokratlar Partiyasının seçki qərargahının nümayəndələrinə istinadən bildirib.

Onların fikrincə, debatların bir raundunun nəticəsi prezidenti ikinci müddətə namizəd olmaq hüququndan məhrum etməməlidir, ona görə də C.Bayden ikinci raundda iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, iyunun 27-də Corciya ştatının Atlanta şəhərində ABŞ tarixində indiki və keçmiş prezidentlər arasında ilk seçkiqabağı televiziya debatı keçirilib. "CNN"in sorğusuna əsasən, debatı izləyən tamaşaçıların üçdə ikisi qələbəni respublikaçıya verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Tramp  


Bizi "telegram"da izləyin