Keniyada etiraz aksiyaları zamanı azı 10 nəfər öldürülüb - VİDEO

2024/06/2024--1719322544.jpg
Oxunub: 179     17:15     25 İyun 2024    
Keniyada mübahisəli vergi artımına qarşı etiraz aksiyaları keçirilir.

Ordu.az AFP-yə istinadən xəbər verir ki, keniyalı etirazçılar parlament binası ətrafındakı barrikadaları aşaraq geniş qəzəb doğuran mübahisəli vergi artımı təkliflərinin müzakirə olunduğu kompleksə daxil olublar.

AFP polisin etirazçılara atəş açdığını yazır.

"Sky News"un xəbərinə görə isə paytaxt Nayrobidə parlament binasının içərisində yanğın qeydə alınıb.

"Deputatların yeni vergilərin tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul etdikləri binaya basqın etmək üçün polis barrikadasını aşarkən polis qüvvələri onlara atəş atıb. 10 etirazçının öldürüldüyü bildirilir", - "Reuters" məlumat yayıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keniya   Etiraz  


Bizi "telegram"da izləyin